Saytımızı qiymətləndirin


 
 

Xorvatiya ilə Ukrayna arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb
Tarix: 09-10-2024 | Saat: 20:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Vladimir Zelenski - Xorvatiya

 

Ukrayna prezidenti Vladimir Zelenski ilə ilə Xorvatiyanın baş naziri Andrey Plenkoviç arasında uzunmüddətli siyasi, iqtisadi, humanitar minatəmizləmə, eləcə də kibercinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı özünün “Telegram” hesabında Ukrayna prezidenti Vladimir Zelenski paylaşıb.

Müqavilədə göstərilib ki, tərəflər Rusiya qoşunlarının Ukrayna ərazisinə qanunsuz daxil olmasını pisləyir və Rusiyanın Ukraynanın suveren ərazilərinin bir qisminə nəzarət etməsini beynəlxalq hüquqa zidd addım kimi dəyərləndirir.

Eyni zamanda Xorvatiya Ukraynaya minatəmizləmə fəaliyyətinə dəstək verilməsi, eləcə də, iqtisadi xarakterli yardım paketinin ayrılmasını öhdəsinə götürür.

Müqavilədə göstərilir ki, Xorvatiya Ukrayna tərəfinə milli təhlükəsizlik və kəşfiyyat fəaliyyəti, o cümlədən gələcəkdə baş verəcək mümkün hərbi aqressiyadan müdafiə istiqamətində də lazımi dəstəyi göstərəcək.

Ukrayna Xorvatiya ilə NATO çərçivəsində müdafiə sənayesi və kibertəhlükəsizlik sahələrində də geniş əməkdaşlıq edəcək.



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər