Saytımızı qiymətləndirin


 
 

15 gün əvvəl evlənən kişi qəzada ölüb
Tarix: 12-07-2022 | Saat: 00:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

15 gün əvvəl evlənən kişi qəzada ölüb

Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, betonqarışdıran maşın qarşıdan gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobilinə çırpılıb.

Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ-2104"ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb.

Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub, bu gün faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər