Saytımızı qiymətləndirin


 
 

Fazil Mustafanı güllələyən şəxslər niyə tapılmır?
Tarix: 30-03-2023 | Saat: 16:33
Bölmə:Karusel / Kriminal | çapa göndər

Fazil Mustafanı güllələyən şəxslər niyə tapılmır?

“Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsd sadə bir məsələ deyildi və bu, terror aktıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, Milli Məclis deputatına qarşı terror aktından sonra sui-qəsdi törədən şəxs və şəxslərin hələ də tapılmamasına münasibət bildirib:

“Görünür, bu terror aktı ciddi surətdə hazırlanıb. Ona görə də elə bir vaxtı, məqamı və yeri seçiblər ki, onun nişanları, əlamətləri və hansısa izləri qalmasın. Əgər indiyə qədər cinayətin izləri tapılmayıbsa, bu dediyimi təsdiqləyir”.

Vəkilin sözlərinə görə, baş verən hadisə deputatın fəaliyyəti, danışıqları, yanaşması və hansısa məsələlərə münasibət bildirməsi ilə əlaqəlidir: 

"Mən istintaqı əvəzləmək istəmirəm, çünki orada müstəntoqlər qrupu işləyir və yəqin ki, təcrübəli adamları toplayıblar. Çünki Azərbaycanın son 10 ilində yadıma gəlmir ki, belə ciddi terror aktı olsun.

Bu ciddi bir məsələdir. Görünür, onu törədənlər də haradansa yaxşı təlimatlandırılıb və peşəkarlar olub ki, iz buraxmayıblar.

Güman edirəm ki, əvvəl-axır, iz tapılacaq. Bunun təkrarlanmaması üçün hər bir terrorçu bilməlidir ki, tutulacaq. Fazil Mustafaya sui-qəsd edən adamın məsuliyyətə cəlb olunmasının özü bir qabaqlayıcı tədbirdir ki, digərlərinə dərs olsun”.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər