Saytımızı qiymətləndirin


 
 

İsrailə raket hücumu ərəfəsində ABŞ üç dəfə Tehrana mesaj göndərib
Tarix: 03-10-2024 | Saat: 20:54
Bölmə:Karusel / Dünya | çapa göndər

İranın İsrailə raket hücumu ərəfəsində Vaşinqton Bağdadın vasitəçiliyi ilə üç dəfə Tehrana müraciət edərək bölgədəki ABŞ hərbi bazalarına hücum etməməyi xahiş edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Baghdad today” xəbər portalı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ yarım saat ərzində İraq vasitəsilə Tehrana üç təcili mesaj göndərib.

“Mesajlarda bir neçə məqam var idi, lakin əsas mesaj bu idi ki, ABŞ hərbi bazalarına hücum etməyin. ABŞ İranın və ya onunla əlaqəli birləşmələrin ABŞ-ın ölkədəki hərbi obyektlərini atəşə tutacağını istisna etməyib”, – mənbə deyib.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər