Saytımızı qiymətləndirin


 
 

Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı - Yenilənib
Tarix: 31-08-2022 | Saat: 10:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı

Bakıda yeniyetmə bacılar itkin düşüb.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

***

Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar: “Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər