Saytımızı qiymətləndirin


 
 

Qoca Səmədov üçüncü dəfə ürək əməliyyatı olunub
Tarix: 01-03-2022 | Saat: 10:57
Bölmə:Karusel / Kriminal | çapa göndər

Qoca Səmədov üçüncü dəfə ürək əməliyyatı olunub

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədova ürək əməliyyatı olunub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev deyib.

Onun sözlərinə görə, keçmiş icra başçısının üçüncü ürək əməliyyatı Bakı Sağlamlıq Mərkəzində edilib: "Qoca Səmədovun hazırda vəziyyəti yaxşı deyil".

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. Daha sonra Q.Səmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



Xəbəri paylaş

342 dəfə oxunub.

Digər xəbərlər