Tarix: 26-06-2021 | Saat: 16:08
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Müdafiə Nazirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunun hərbi hissəsinə media-tur təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, media-tur çərçivəsində şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərlə tanışlıq olub və hərbi qulluqçularla söhbət aparılıb.
Eyni zamanda Vətən müharibəsi şəhidlərinin övladları üçün "Mənim atam qəhrəmandır" adlı idman tədbiri keçirilib. Onlar üçün təşkil olunan kompozisiyalar maraqlı anlarla yadda qalıb. İntellektual oyunların qaliblərinə hədiyyələr təqdim olunub.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin polkovniki Elvin Əzizov, polkovnik-leytenant Namiq Cavadov, Xalq artisti Nurəddin Mehdixanlı, güləş üzrə dünya çempionu və olimpia mükafatçısı Rəsul Çunayev çıxış ediblər.
Mərasimdə bildirilib ki, Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri öz cəsarətini, qəhrəmanlığını ortaya qoyub. Müzəffər Azərbaycan Ordusunun əks-həmləsi ilə müharibənin başladığı ilk gündən son günə kimi 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.
Sonda media nümayəndələri və Vətən müharibəsi şəhidlərinin övladlarına əsgər yeməkxanasında nahar təşkil olunub. (Report)
Digər xəbərlər