Saytımızı qiymətləndirin


 
 

FHN: 20 nəfər təxliyə edilib, 1 şəxs xəsarət alıb
Tarix: 23-02-2022 | Saat: 11:58
Bölmə:Karusel / Sosial | çapa göndər

FHN vətəndaşlara müraciət etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 53 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğın zamanı 20 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və "Daewoo" markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər