Prezident şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik etdi -Yeni nəsil şəxsiyyət vəsiqələri nə zaman veriləcək?
Tarix: 17-07-2018 | Saat: 18:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
641 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-07-2018 | Saat: 18:53
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
"Qarabaginfo" "Mia.az"a istinadən xəbər verir ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.
Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Xəbəri paylaş
Digər xəbərlər
6-10-2023, 11:31
Heç bir qətnamə Azərbaycanı dayandıra bilməz - Səməd Seyidov
14-01-2022, 21:35
“...Moskva sülhməramlıların Qarabağdan çıxması barədə qərar verəcək” - Erməni ekspert
14-10-2021, 10:48
Yol polisi bloqerlərə müraciət etdi
28-05-2025, 18:43
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşü keçirilib
12-10-2025, 18:18
QMİ sədri ABŞ-da Ravvin Artur Şnayerlə görüşdə erməni kilsəsinin fəaliyyətini tənqid edib
23-02-2021, 12:17
Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
20-09-2022, 07:49
Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
18-03-2021, 13:40
Əsgərləri döyüş meydanında qoyub qaçan erməni komandir həbs olunub
3-05-2022, 09:45
“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər















