Tarix: 20-09-2022 | Saat: 07:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
19 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
XİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, Görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.
Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Digər xəbərlər