Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva rusiyalıların Ermənistana giriş qadağasını qeyri-dost hərəkət kimi qiymətləndirir
Tarix: 09-07-2025 | Saat: 15:32
Bölmə:Karusel / Region | çapa göndər

Rəsmi Moskva rusiyalıların Ermənistana giriş qadağasını qeyri-dost hərəkət kimi qiymətləndirir

Rəsmi Moskva rusiyalıların Ermənistana giriş qadağasını qeyri-dost hərəkət kimi qiymətləndirir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistanla münasibətlərdə "stop list" mövzusunu tez-tez şərh etmək lazım gəlir.

"Biz Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını Rusiya-Ermənistan əməkdaşlığının müttəfiqlik xarakteri ilə ziddiyyət təşkil edən qeyri-dost addım kimi qiymətləndiririk. Bu məsələ Rusiya XİN rəhbəri Sergey Lavrovun may ayında Ermənistan Respublikasına səfəri zamanı müzakirə edilib. Ermənistan tərəfinə konkret addımlar təklif olunub, ona görə də biz İrəvanın reaksiyasını gözləyirik”, - Mariya Zaxarova qeyd edib.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər