ABŞ-ın Arkanzas ştatında təyyarə qəzaya uğrayıb.

Qarabaginfo.az CBS News-a  istinadən xəbər verir ki,  bu  barədə Amerika Federal Aviasiya Administrasiyası məlumat yayıb. Bildirilir ki, Hillari Klinton Milli Hava Limanından havaya qalxan iki mühərrikli "Beech BE20" tipli təyyarə qəzaya düşüb. 

Pilot da daxil olmaqla, təyyarədə olan beş nəfərin hamısı ölüb.  Qəzanın səbəbləri araşdırılır.