Saytımızı qiymətləndirin


 
 

Nazir: Yaşıl iqtisadiyyata keçidin əmək sferasına təsiri ən aktual problemlərdən biridir, kreativ yanaşmalar tələb edir
Tarix: 02-10-2024 | Saat: 11:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazir: Yaşıl iqtisadiyyata keçidin əmək sferasına təsiri ən aktual problemlərdən biridir, kreativ yanaşmalar tələb edir

Tədqiqatlar göstərir ki, yaşıl iqtisadiyyata keçid prosesinin əmək bazarına təsiri, əsasən müsbət dinamikada yeni iş yerlərinin yaradılması, ənənəvi sayılan mədən, neft-qaz sənayelərində isə məşğulluq strukturunun dəyişilməsi ilə nəticələnəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 3-cü günündə çıxışı zamanı deyib.

O bildirib ki, yaşıl iqtisadiyyata keçidin əmək sferasına təsiri ən aktual problemlərdən biridir və bu keçid eyni zamanda ən mütərəqqi və ən kreativ yanaşmalar tələb edir.

“Silahlı münaqişələr, terrorçuluq, maliyyə böhranları ilə yanaşı iqlim dəyişikliyi milyonlarla insana təsir edir. Bu, sosial cəhətdən həssas əhali qrupları, xüsusi ilə əlilliyi olan vətəndaşlar, qadınlar, gənclər və qeyri formal çalışan insanlar üçün daha ağrılı prosesdir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını azaltmaq üçün yaşıl iqtisadiyyat konsepsiyasına keçid qaçılmazdır"-deyə nazir qeyd edib.

O, həmçinin bildirib ki, rəqəmsal texnologiyaların tətbiqi, əmək və sosial münasibətlərin sürətlə inkişafına təsir edəcək.

"Azərbaycan regional və qlobal səviyyədə mövcud iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq əhalinin rifahının yüksəldilməsini ən əsas hədəfi müəyyən edib" - deyə nazir qeyd edib.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər