Tarix: 28-09-2024 | Saat: 17:27
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 28-də ölkəmizə səfəri çərçivəsində Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin ədliyyə məsələləri üzrə dövlət katibi Tesfaye Wakjira ilə görüşüb.
Bu barədə Qarabaginfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Səmimi qəbula görə öz minnətdarlığını bildirən Tesfaye Wakjira Azərbaycana səfərinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəsinin “Afrikanın siyasi paytaxtı” olaraq adlandırıldığını bildirən dövlət katibi Efiopiyanın Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlara, ölkələr arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında sənədin hazırlanmasına, eləcə də dövlət xidmətlərinin göstərilməsinə dair Azərbaycan təcrübəsinin öyrənilməsinə maraqlı olduğunu bildirib. Görüşdə hüquqi əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb
Digər xəbərlər