Ana Sayfa > Karusel / Siyasət > Nazir Fərid Əhmədov Efiopiyanın Ədliyyə Nazirliyinin ədliyyə məsələləri üzrə dövlət katibi ilə görüşüb
Nazir Fərid Əhmədov Efiopiyanın Ədliyyə Nazirliyinin ədliyyə məsələləri üzrə dövlət katibi ilə görüşüb28-09-2024, 17:27. Yazar: Admin |
Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 28-də ölkəmizə səfəri çərçivəsində Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin ədliyyə məsələləri üzrə dövlət katibi Tesfaye Wakjira ilə görüşüb. Bu barədə Qarabaginfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan nazir ölkələr arasında müəyyən sahələrdə ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud olduğunu qeyd edib. Fərid Əhmədov ölkəmizdə ədliyyə sahəsində rəqəmsallaşma, təlim və tədris prosesi, eləcə də görülən digər işlər barədə məlumat verib. 34 ölkənin Ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sənədlərin mövcud olduğunu vurğulayan nazir Efiopiya ilə də hüquqi sahədə əlaqələrin inkişafı üçün imkanların olduğunu qeyd edib.
Səmimi qəbula görə öz minnətdarlığını bildirən Tesfaye Wakjira Azərbaycana səfərinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəsinin “Afrikanın siyasi paytaxtı” olaraq adlandırıldığını bildirən dövlət katibi Efiopiyanın Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlara, ölkələr arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında sənədin hazırlanmasına, eləcə də dövlət xidmətlərinin göstərilməsinə dair Azərbaycan təcrübəsinin öyrənilməsinə maraqlı olduğunu bildirib. Görüşdə hüquqi əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb Geri dön |