Saytımızı qiymətləndirin


 
 

Əlincədağ təbiət abidəsi təşkil ediləcək
Tarix: 10-09-2024 | Saat: 17:54
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Əlincədağ

 

Nazirlər Kabineti “Əlincədağ təbiət abidəsinin təşkil edilməsi haqqında” qərar verib.

Qarabaginfo.az xəbər verir ki, qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və həmin dağ Əlincədağ təbiət abidəsi adlandırılıb.

Əlincədağ təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görməlidirlər.



Xəbəri paylaş

308 dəfə oxunub.

Digər xəbərlər