Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot faiz dərəcəsini açıqlayacaq
Tarix: 30-10-2023 | Saat: 09:36
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot faiz dərəcəsini açıqlayacaq

<iframe title="Iframe" width="0" height="0" frameborder="0" scrolling="no"></iframe>

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Qarabaginfo.az xəbər verir ki, noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq. Bundan əvvəl sentyabr ayının 20-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7.5%, faiz dəhlizinin yuxarı həddini isə 10% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, pul siyasəti ilə bağlı növbəti qərar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycanda son bir neçə ayda inflyasiyada azalma tendensiyası davam edir. Dövlət Statistika Komitəsinin bu ilin sentyabr ayı üzrə açıqladığı göstəricilərə əsasən, inflyasiya 10,9% təşkil edib. Bu isə o deməkdir ki, AMB növbəti dəfə uçot faiz dərəcəsini sabit saxlaya bilər.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər