Azərbaycanda 38 milyon manat dəyərində narkotik vasitə dövriyyədən çıxarıldı
Tarix: 16-03-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
312 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-03-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ümumilikdə 1 914 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1 210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kiloqram 949,825 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235 min ABŞ dolları) kimi qiymətləndirilir.
Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib. Həmin şəxslərdən 11 nəfəri əcnəbidir: yeddisi İran İslam Respublikası, biri Rusiya Federasiyası, üçü Türkiyə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kiloqram 022,362 qram müxtəlif növ narkotik vasitə, 2 115 ədəd həb və psixotrop maddələr götürülüb.
Xəbəri paylaş
Digər xəbərlər
4-09-2024, 19:15
İstisu qəsəbəsi belə olacaq - Fotolar
22-12-2020, 16:10
Bitdi… Amma və lakin bitməyib- Emin Tarverdiyev yazır…
21-11-2025, 17:12
Kreml: Rusiya və ABŞ heç vaxt əlaqələri dayandırmayıb
10-02-2025, 10:07
XİN: Moskva Ukraynadakı vəziyyətin nizamlanması üzrə hər hansı əlverişli təklif almayıb
7-02-2022, 18:17
Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər
18-08-2021, 12:14
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir
31-05-2026, 20:35
Zelenski: Müharibənin diplomatik həlli üçün fürsət yaranıb


















