Tarix: 20-02-2022 | Saat: 15:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
1915 Çanaqqala körpüsünün açılış mərasiminin keçiriləcəyi tarix dəyişib. KİV-lərin xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan körpünün açılış mərasiminin planlaşdırıldığı kimi, 26 fevralda deyil, 18 martda keçiriləcəyini bildirib.
Ərdoğan vətəndaşların istəyi ilə belə bir qərar qəbul edildiyini açıqlayıb: “Planlaşdırdığımızdan 1 il əvvəl inşasını tamamladığımız, tezliklə xalqımızın xidmətinə vermək üçün 26 fevralda açmağı nəzərdə tutduğumuz 1915 Çanaqqala körpüsünün açılış mərasimini vətəndaşlarımızın istəyi ilə Çanaqqala zəfərinin ildönümündə - 18 martda keçirməyi qərara aldıq”.
Qeyd edək ki, 1915 Çanaqqala körpüsünün təməli 18 mart 2017-ci il tarixində Lapsekidə qoyulub. Uzunluğu 3869 metr olan bu asma körpünün qüllələri arasında məsafə Cümhuriyyətin 100 illiyinə uyğun 2023 metrdir. Hündürlüyü 318 metr olan körpünün eni 45,06 metrdir.
Digər xəbərlər