Saytımızı qiymətləndirin


 
 

“Avtomobildə “Polis” yazısı olan aksesuar daşımaq…”- DYP-dən XƏBƏRDARLIQ
Tarix: 21-02-2024 | Saat: 13:43
Bölmə:Karusel / Sosial | çapa göndər

“Sürücünün avtomobilində üzərində “Polis” yazısı həkk olunmuş aksesuar daşıması onun həmin peşənin sahibi olması anlamına gəlməməlidir”.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir:

“Son vaxtlar avtomobillərdə üzərində hüquq-mühafizə orqanlarının adı, yaxud atributları həkk olunmuş aksesuarlardan istifadə halları geniş vüsət alıb.

Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy yaradır və təbii ki, belə avtomobillərlə törədilən yol hərəkəti qayda pozuntuları da yanlış anlaşılır.

Baş Dövlət Yol Polisi İdarəsi üzərində “POLİS”, “DİN”, “DYP” və sair bu qəbildən olan yazılar həkk edilmiş aksesuarlardan istifadənin əhali tərəfindən birmənalı qarşılanmadığını avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, bəzi sürücülər tərəfindən belə vasitələrdən sui-istifadə hallarının isə yolverilməz olduğunu bildirir”.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər