Saytımızı qiymətləndirin


 
 

Ukrayna ərazisindən Rusiya qazının tranziti ilə bağlı müqaviləni uzatmayacaq
Tarix: 27-08-2024 | Saat: 19:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ukrayna ərazisindən Rusiya qazının tranziti ilə bağlı müqaviləni uzatmayacaq

“Qazprom” ilə Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqavilənin müddəti uzadılmayacaq.

Qarabaginfo.az “nsn.fm” portalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu məsələ ölkəsi üçün qapanıb. Bununla yanaşı, o Rusiyanın digər qaz ixracatçılarının hasil etdiyi mavi yanacağın tranzitini davam etdirəcək.

Bir qədər əvvəl “Bloomberg“in yaydığı məlumata görə, tranzit məsələsində gözlənilməz vəziyyət yaranarsa, qış fəsli üçün Avropanın anbarlarında mövcud olan qaz ehtiyatı kifayət etməyəcək.

Bununla yanaşı, Avropadakı sıxılmış qaz ehtiyatı da nəzərəçarpacaq həcmdə deyil. Belə ki, cari ilin yayında regiona bu növ mavi yanacağın idxalı 15-20 faiz həcmində azalıb. Səbəb isə ondan ibarətdir ki, Asiya regionu ölkələri onu daha əlverişli qiymətlərlə almağa razılaşıblar.

Xatırladaq ki, "Qazprom"la Ukrayna arasında təbii qazın tranziti ilə bağlı müqavilə bu ilin sonuna başa çatır.



Xəbəri paylaş

73 dəfə oxunub.

Digər xəbərlər