Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 23-03-2022 | Saat: 19:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6999 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza vaksin vurduranların sayı 5542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 343 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 815 285, üç və daha çox doza vaksin vurduranların sayı 3 015 906, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 663 təşkil edir.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər