Saytımızı qiymətləndirin


 
 

“Acınacaqlı mənzərəyə görə o, ciddi məsuliyyət daşıyır”
Tarix: 24-11-2021 | Saat: 11:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Acınacaqlı mənzərəyə görə o, ciddi məsuliyyət daşıyır”

 

AMEA-nın prezidenti, akedemik Ramiz Mehdiyev akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi tənqid edib. 

Qarabaginfo.az xəbər verir ki, R. Mehdiyev bu haqda AMEA-nın Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında danışıb. 

O, qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb. 

AMEA prezidenti əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər idarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır.



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər