Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO
Tarix: 03-09-2024 | Saat: 15:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO

Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq məqsədi ilə media-tur təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, media-turda yaşayış kompleksinin 19,5 hektar sahəni əhatə etdiyi bildirilib.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Səfər zamanı ikinci yaşayış kompleksinin də təməli qoyulub.

 



Xəbəri paylaş

127 dəfə oxunub.

Digər xəbərlər