“Teleqram”ın həbs edilmiş təsisçisi Pavel Durov və rəfiqəsi Yuliya Vavilova ilə Parisdə gəzişərkən fotoları yayılıb.
Qarabaginfo.az bildirir ki, bunlar Telegram-ın qurucusunun Fransada həbsindən sonra ilk fotolarıdır.
Bir neçə gün əvvəl Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb. O, Fransanı tərk edə bilməz. Bununla belə, Pavel təbəssümünü gizlətmədən, Yuliya Vavilova ilə Yelisey çölləri boyunca Fransanın paytaxtını gəzir.