“Qarabağla bağlı hər şey bir ay ərzində aydın olacaq” - Elmar Məmmədyarov
Tarix: 13-12-2017 | Saat: 18:33
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
684 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-12-2017 | Saat: 18:33
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov news.az saytına açıqlama verib.
"Qarabaginfo" "news.az-a istinadən xəbər verir ki, bu haqqda Xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.
- Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?
- Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu.
Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin. Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Xəbəri paylaş
Digər xəbərlər
17-03-2025, 14:25
Mnatsakanyan: Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi
14-06-2022, 16:29
Ərinin həmcinsi ilə videosu yayılan qadın DANIŞDI
18-02-2021, 14:41
Bu şirkətlərdən mənzil almayın – PA adları açıqladı
19-12-2022, 21:24
Bakı Metropoliteni 28 May stansiyasındakı sıxlığın səbəbini açıqlayıb
21-09-2022, 18:29
Baş katib: NATO Cənubi Qafqaz və Mərkəzi Asiyadakı toqquşmaları yaxından və diqqətlə izləyir
22-08-2024, 16:56
Qətərin Baş naziri İrana səfər edəcək
11-02-2022, 15:28
XİN İspaniya ilə bağlı bəyanat yaydı
11-11-2024, 10:15
ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub
















