Saytımızı qiymətləndirin


 
 

Fransada Durovu ittihamlardan biri ilə 10 ilə qədər həbs gözləyir
Tarix: 29-08-2024 | Saat: 07:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransada Durovu ittihamlardan biri ilə 10 ilə qədər həbs gözləyir

“Telegram”ın həmtəsisçisi Pavel Durov çərşənbə günü Parisdə ona qarşı irəli sürülən ittihamlardan birinə görə 10 ilədək həbs cəzası ala bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a daxil olan Paris prokurorluğunun bəyanatında deyilir.

“Cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılmasına imkan yaratmaq məqsədi ilə şəbəkə platformasının idarə edilməsində şəriklik (maksimum cəza 10 il həbs və 500 min avro məbləğində cərimə)”, - deyə məlumatda bildirilir.

Qalan ittihamlar isə səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq kimi maddələrdən ibarətdir.



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər