Saytımızı qiymətləndirin


 
 

Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik
Tarix: 01-10-2026 | Saat: 16:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışında deyib.

“Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın - qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, Yaşar Gülər bildirib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər