Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik
Ana Sayfa > Karusel / Siyasət > Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik

Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik


Bu gün, 16:55. Yazar: Admin

Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxışında deyib.

“Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın - qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”, Yaşar Gülər bildirib.


Geri dön