Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Meksika hakimiyyəti oktyabrda ölkənin yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə Rusiya lideri Vladimir Putini həbs etməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador deyib.
“Biz bunu edə bilmərik, bu bizim işimiz deyil”, – o bildirib.
Obrador təsdiqləyib ki, ölkə hakimiyyəti Putin də daxil olmaqla Meksikanın diplomatik əlaqələri olan bütün ölkələrin rəhbərlərinə Şeynbaumun andiçmə mərasiminə dəvət göndərib.