Saytımızı qiymətləndirin


 
 

Prokurorluq Şabran sakininin aldadılmasını araşdırır
Tarix: 07-04-2022 | Saat: 18:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Baş Prokurorluq Şabran rayon sakininin aldadılaraq adına VÖEN açılması faktına münasibət bildirib.

Qarabaginfo.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.

Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Xatırladaq ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov vaxtilə bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edib.

O bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq onun adına VÖEN açdırıb.

Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər