Saytımızı qiymətləndirin


 
 

Almaniya kansleri: “Rusiya etibarsız təbii qaz tədarükçüsüdür”
Tarix: 22-07-2022 | Saat: 16:58
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts paytaxt Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Almaniyaya təbii qaz nəql etmək üçün bir neçə kəmər var: Ukrayndan keçən xətt, “Yamal” və "Şimal axını". Bu kəmərlər Rusiyanın “mavi yanacağı” nəql etməsi ilə bağlı öhdəliyini yerinə yetirməsinə kifayət edir. Texniki səbəb heç vaxt Rusiyanın öhdəliyinə əməl etməsinə problem ola bilməz”, - kansler qeyd edib.

Onun sözlərinə görə, rəsmi Moskvanın “texniki səbəb”dən təbii qaz tədarükünü dayandırması inandırıcı deyil: “Biz bilirik ki, yaxşı düşünülmüş səbəblərdən nə Avropa İttifaqı, nə də “Yeddilik” qrupu qaz embarqosu tətbiq etməyib”.

O deyib ki, şəraitdən asılı olamayaraq müqavilələrdə nəzərdə tutulan yanacağın həcminin həmişə əvəzlənəcəyi barədə onilliklər ərzində qüvvədə olan müddəanın bu gün yerinə yetirilməsi mümkünsüzdür: “Ona görə biz təbii qaz tədarükünü sığortalamalıyıq. Bu səbəbdən də biz təhlükəsiz oynamağa üstünlük veririk”.

Kansler Almaniyada təbii qaz istehlakını azaltmaq üçün görülən tədbirlərə toxunaraq bildirib: “Bu, indikindən daha etibarlı olmayacaq. Müqavilə beş dəfə imzalansa da, yerinə yetirilmirsə, nəyə isə arxalanmaq olmaz”.

Rusiya texniki xidmətlə əlaqədar Almaniyaya nəql etdiyi təbii qazın ixracını dayandırmışdı. Rəsmi Moskva ötən il bu istiqamətdə “mavi yanacağın” bərpa edildiyini bildirib.(Report)



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər