Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Putin Meksikaya gəlsə, onu həbs etməyəcəyik”- Prezident Obrador
Ana Sayfa > Karusel / Dünya > “Putin Meksikaya gəlsə, onu həbs etməyəcəyik”- Prezident Obrador

“Putin Meksikaya gəlsə, onu həbs etməyəcəyik”- Prezident Obrador


9-08-2024, 08:12. Yazar: Admin

Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Meksika hakimiyyəti oktyabrda ölkənin yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə Rusiya lideri Vladimir Putini həbs etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador deyib.

“Biz bunu edə bilmərik, bu bizim işimiz deyil”, – o bildirib.

Obrador təsdiqləyib ki, ölkə hakimiyyəti Putin də daxil olmaqla Meksikanın diplomatik əlaqələri olan bütün ölkələrin rəhbərlərinə Şeynbaumun andiçmə mərasiminə dəvət göndərib.


Geri dön