Saytımızı qiymətləndirin


 
 

Zelenski: Rusiya Avropanı artıq ABŞ-a uduzub, rus qazı qitədən sıxışdırılıb
Tarix: 20-10-2025 | Saat: 11:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski: Rusiya Avropanı artıq ABŞ-a uduzub, rus qazı qitədən sıxışdırılıb

ABŞ Prezidenti Donald Trampın bəzi mövqeləri Rusiya Prezidenti Vladimir Putinə yeni fürsət yaradır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Zelenski bildirib ki, Rusiya Donbası əslində istəmir, bu region yalnız Putin üçün “uğur təəssüratı” yaratmaq vasitəsidir.

“Amma heç kim zəmanət verə bilməz ki, o, bir neçə ildən sonra daha da irəli getməyəcək”, – Zelenski vurğulayıb.

“Ukraynanın əsas prioriteti təhlükəsizlik zəmanətləridir” – o əlavə edib.

Prezident qeyd edib ki, Ukrayna 2 milyard dollar dəyərində qaz tapmağa çalışır və bunun bir hissəsi artıq təmin edilib. O həmçinin bildirib ki, Amerika ilə əməkdaşlıq sayəsində ölkədə əlavə 9 enerji bloku tikilə bilər.

Zelenskinin fikrincə, Rusiya Avropanı artıq ABŞ-a uduzub və rus qazı qitədən sıxışdırılıb.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər