Saytımızı qiymətləndirin


 
 

Mahmud Abbas Haniyənin öldürülməsindən sonra danışıqların çətin olduğunu deyib
Tarix: 06-08-2024 | Saat: 08:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Mahmud Abbas Haniyənin öldürülməsindən sonra danışıqların çətin olduğunu deyib

“HƏMAS” hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi İsrailin Qəzza zolağında hərbi müdaxiləsinə son qoymaq üçün aparılan danışıqları çətinləşdirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas “RİA Novosti”yə müsahibəsi zamanı deyib.

“Şübhə yoxdur ki, Haniyəni öldürməkdə məqsəd müharibəni uzatmaq və onun əhatə dairəsini genişləndirməkdir. Bu, təcavüzün dayandırılması və İsrail qoşunlarının Qəzzadan çıxarılması üçün davam edən danışıqlara mənfi təsir göstərəcək, lakin biz xalqımızı bu işğala qarşı mətanətli, vahid və səbirli olmağa çağırırıq”, - deyə Abbas bildirib.

Fələstin Milli Administrasiyası ilə HƏMAS arasında uzun zamandır davam edən münaqişəyə baxmayaraq, Abbas bildirib ki, Haniyənin öldürülməsini İsrail siyasətində hadisələrin gərginləşməsinə səbəb olacaq qorxaqlıq hesab edir.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər
24-11-2022, 17:31 İranda güclü zəlzələ


Bu gün, 08:25Quterreş Bakıdadır