Saytımızı qiymətləndirin


 
 

Qadınları “sahibləndirən” HÜDAPAR Akşenerdən şikayət etdi - “Danqalak”...
Tarix: 23-05-2023 | Saat: 14:26
Bölmə:Karusel / Region | çapa göndər

Qadınları “sahibləndirən” HÜDAPAR Akşenerdən şikayət etdi - “Danqalak”...

 

Türkiyədə parlament seçkilərinə hakim Ədalət və İnkişaf Partiyasının proporsional siyahısından qatılan və prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən HÜDAPAR "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədri Meral Akşenerdən rəsmi orqanlara şikayət edib.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın sosial şəbəkə hesabında məlumat verilib.

 

HÜDAPAR qərarını "partiyamıza yönələn çirkin, əxlaq hüdudlarını aşan, siyasi yetkinliyə yaraşmayan həqarətlərinə görə" iddiası ilə əsaslandırıb.

 

Bir neçə gün əvvəl Akşener televiziya proqramlarından birində HÜDAPAR-ı qadın hüquqları məsələsindəki yanaşmasına görə sərt tənqid edib. O, partiyanın proqramında "Qadınların sahibləndirilməsi" başlığı altında olan müddəalara diqqət çəkib.

 

"Sahibləndirilən qadın nə deməkdir? İndi söyəcəyəm, yaxşı, "danqalak" deyim. Onda gəl səni də sahibləndirək? Elə bir adamsan deməli? Belə şey olar?", - deyə Akşener bildirib.

 

Qeyd edək ki, islamçı-kürdyönümlü partiya olan HÜDAPAR tez-tez qeyri-adekvat yanaşmalarına görə tənqid olunur.(Modern.az)



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər