Saytımızı qiymətləndirin


 
 

Putin Lavrovun birinci müavinini vəzifəsindən azad etdi
Tarix: 29-07-2024 | Saat: 16:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov tutduğu vəzifədən azad edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Titov 1958-ci ildə anadan olub. XİN sistemində 1980-ci ildən fəaliyyət göstərir. O, nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Titov 2013-cü ildən xarici işlər nazirinin birinci müavini vəzifəsini tuturdu.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər
19-03-2022, 20:16 Tayvanda zəlzələ olub