Tarix: 25-11-2025 | Saat: 11:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün ABŞ Ordusunun katibi Den Driskoll Əbu-Dabidə Ukrayna üzrə sülh planını müzakirə etmək üçün Rusiya nümayəndə heyəti ilə görüşlər keçirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, “Katib Driskoll bazar ertəsi axşamı Əbu-Dabidə Rusiya nümayəndə heyətinin üzvləri ilə bir neçə saatlıq görüş keçirib. O, çərşənbə günü də gün ərzində onlarla görüşlərini davam etdirərək sülh prosesini və danışıqların irəliləməsini müzakirə edəcək”.
Hazırda Əbu-Dabidə ABŞ nümayəndə heyətinin tərkibinin kimlərdən ibarət olduğu açıqlanmır.
Görüşlər demək olar dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün Prezident Donald Trampın səylərini artırdığı bir dövrə təsadüf edir. ABŞ rəsmiləri hər iki ölkənin nümayəndələri ilə paralel danışıqlar aparır.
Həftəsonu Driskoll, dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, prezidentin kürəkəni Cared Kuşner, eləcə də Ukrayna və Avropa müttəfiqlərinin diplomatları İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarda iştirak ediblər. Driskollun Rusiya rəsmiləri ilə görüşü ötən həftə Ukraynanın paytaxtına etdiyi səfərin ardınca baş tutub.
Digər xəbərlər















