Saytımızı qiymətləndirin


 
 

Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub  - YENİLƏNİB - FOTO
Tarix: 08-01-2020 | Saat: 09:44
Bölmə:Karusel / Dünya | çapa göndər

    

"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.  

"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib. 

Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.


***07:41

İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qarabaginfo “Report.az”a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə 180 nəfər olub.



Xəbəri paylaş

466 dəfə oxunub.

Digər xəbərlər