Tarix: 07-01-2021 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmaqda davam edir. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını və "sms icazə" sisteminin ləğv edilmə ehtimalını artırır. Yanvarın 18-də "sms icazə" əğv ediləcəkmi?
Deputat Kamilə Əliyeva bildirib ki, artıq yoluxmaların sayı 799-a enib:
"Son günlərdə yoluxmaların sayında azalma müşahidə olunur. Sağalanların sayı isə yoluxanlardan 3 dəfə çoxdur. Bu bir daha onu göstərir ki, sərt karantin rejimi və "sms icazə" sistemi özünün müsbət nəticəsini göstərməkdədir.
Amma yanvarın 18-dən sonra "sms icazə" sisteminin ləğv edilməsini nəzərə almaq lazımdır ki, bayram günlərində aparılan testlərin miqdarı o qədər də çox olmayıb.
Ona görə də bu rəqəmə arxayın olub, "sms icazə" sistemini ləğv etmək düzgün olmazdı. Biz qarşıda olan 10 gün müddətinə yaranan vəziyyəti də nəzərdən keçirməliyik. Əgər qarşıdakı 10 gün müddətində də bu rəqəm azalmaqda davam edərsə, yanvarın 18-dən sonra "sms icazə" sistemi ləğv edilə və başqa yumşalmalara da gedilə bilər. Amma hələ 10 gün vaxt var".
Deputat qeyd edib ki, bu məsələdə insanlarımızdan çox şey asılıdır:
"Hər kəs yanvarın 18-nə kimi, 3 qızıl şərtə əməl olunsa əlbəttə ki, yanvarın 18-dən "sms icazə" sistemi ləğv edilə bilər. Bundan əlavə müəyyən yumşalmaların da olması gözləniləndir.
Bilirsiniz ki, yaxın günlərdə vaksinnasiya da başlanılacaq. Əlbəttə 3 qızıl qayda hələ koronavirusun müalicəsi demək deyil. Sadəcə biz 3 qızıl qaydaya əməl edərək bu virusdan özümüzü qoruyuruq. Bu virusdan qurtulmağın yolu peyvəndlənmədir.
Artıq bilirsiniz bir neçə ölkədə vaksinasiya başlanılıb. Yaxın günlərdə Azərbaycanda da başlanması gözlənilir. Vaksinnasiya könüllü olacaq.İnsanlarımızın hər biri bu peyvəndi vurdurmalıdır. Düzdür, ilkin etapda bu kütləvi olmayacaq. Müəyyən qrafik üzrə aparılacaq. İlk növbədə səhiyyə işçiləri və risk qrupunda olan insanlar vaksinnasiya olunacaq. Hər birimiz qoyulan qaydalara əməl etməli və vaksinasiya məsələsinə ciddi yanaşmalıyıq ki, bu, xəstəliyə qalib gələk".Sonxəbər
Digər xəbərlər