Saytımızı qiymətləndirin


 
 

Bakıda yeni metro stansiyası tikilir
Tarix: 14-09-2021 | Saat: 11:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yeni metro stansiyası tikilir

 

Bakıda yeni metro-stansiyasının tikintisinə başlanılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:

"Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada esklatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.



Xəbəri paylaş

299 dəfə oxunub.

Digər xəbərlər