ABŞ prezidenti Co Bayden amerikalı milyarder İlon Maskı seçkiləri “satın almağa” cəhddə ittiham edib.
Qarabaginfo.az xəbər verir ki, X sosial şəbəkəsindəki hesabında Bayden Maskdan və onun zəngin dostlarından bezdiyini yazıb.
“İlon Mask və onun zəngin dostlarının seçkiləri satın almağa çalışmasından bezmişəm”, – Bayden bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək üçün ayda 45 milyon dollar ayıracaq.