Ana Sayfa > Karusel / Dünya > “İlon Mask və onun zəngin dostlarından bezmişəm”- BAYDEN

“İlon Mask və onun zəngin dostlarından bezmişəm”- BAYDEN


18-07-2024, 12:12. Yazar: Admin

ABŞ prezidenti Co Bayden amerikalı milyarder İlon Maskı seçkiləri “satın almağa” cəhddə ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, X sosial şəbəkəsindəki hesabında Bayden Maskdan və onun zəngin dostlarından bezdiyini yazıb.

“İlon Mask və onun zəngin dostlarının seçkiləri satın almağa çalışmasından bezmişəm”, – Bayden bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək üçün ayda 45 milyon dollar ayıracaq.


Geri dön