Saytımızı qiymətləndirin


 
 

Anar Rzayev: COP29-a qədər Bakıya 160 yeni elektrikli avtobus gətiriləcək
Tarix: 11-07-2024 | Saat: 15:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Anar Rzayev: COP29-a qədər Bakıya 160 yeni elektrikli avtobus gətiriləcək

COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə veriləcək.

qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O, bildirib ki, ilin əvvəlində paytaxtda 200 yeni avtobus istifadəyə verilib və yaxın vaxtlarda növbəti 200 avtobus da istifadəyə veriləcək:

"Ümumilikdə Bakıda 360 avtobusun da istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd edim ki, Bakının avtobus nəqliyyatı ilə bağlı AYNA yeni şəbəkə hazırlayıb. Bu şəbəkə şəhərin rəqəmsal əkizində simulyasiya edilib. Hazırda şəbəkənin tətbiqinə başlanılıb. İlk beş marşrut artıq istifadəyə verilib. Bunlar şəhərin uzaq məntəqələrini mərkəzlə əlaqələndirən marşrutlardır. Onlar Hövsandan və Mərdəkandan işləyən marşrutlardır. Bu marşrutlar tədricən qanunvericiliyə müvafiq olaraq müsabiqələr keçirilməklə yenə də istifadəyə veriləcək".



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər