Saytımızı qiymətləndirin


 
 

AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO
Tarix: 12-06-2021 | Saat: 11:34
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

#

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, İclasa Müşahidə Şurasının üzvləri, QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər