Saytımızı qiymətləndirin


 
 

Finlandiya ABŞ-dan Ukrayna üçün silah alacaq
Tarix: 15-10-2025 | Saat: 12:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

 

Finlandiya ABŞ-dan Ukrayna üçün silah alışına qoşulduğunu elan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkanen X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Nazirin sözlərinə görə, yaxın həftələrdə Finlandiya tərəfi təşəbbüsə öz töhfəsi üzərində işləyəcək.

“Ukraynanın müdafiəsi böyük ölçüdə ABŞ-dan konkret hərbi tədarüklərdən asılıdır. ABŞ bildirib ki, Avropada gedən müharibənin maliyyə məsuliyyəti Avropanın üzərinə düşür. Buna görə də, Avropa ölkələri bu zəruri ABŞ silahlarının maliyyələşdirilməsini təmin etməlidirlər”, — Hyakkanen qeyd edib.

O, digər ölkələri də bu təşəbbüsə qoşulmağa çağırıb: “Və biz digər Avropa ölkələrindən də eyni addımı gözləyirik. Ukraynaya dəstəyin davamı xüsusilə Avropa və region ölkələri üçün önəmlidir”.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər