Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr keçirilib
Tarix: 15-10-2025 | Saat: 17:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr keçirilib


14 oktyabr 2025-ci il tarixində Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstan Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.

XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Macarıstan nümayəndə heyətinə xarici işlər və ticarət nazirinin müavini Boqlarka İlles rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə, cari ilin 21 may tarixində Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, 7 oktyabr tarixində Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə toplantısında aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.

Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari ilin 8 avqust tarixində Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın inkişafı perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.

 

İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər