Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO
Ana Sayfa > Karusel / Multimedia > AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO

AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO


12-06-2021, 11:34. Yazar: Admin

 

#

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, İclasa Müşahidə Şurasının üzvləri, QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.


Geri dön