Saytımızı qiymətləndirin


 
 

Baş nazir: “Bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”
Tarix: 29-05-2021 | Saat: 18:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

#

 

“Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

Baş nazir qeyd edib ki, bu, bizim prinsipial mövqeyimizdir: “Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir”.

 



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər