Saytımızı qiymətləndirin


 
 

Baş nazir qida normaları ilə bağlı qərar imzaladı
Tarix: 25-08-2022 | Saat: 14:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilib.

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

 

Qarabaqinfo.az Qərarı təqdim edir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

“Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3-cü hissəyə “evlərində” sözündən sonra “və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində” sözləri əlavə edilsin.

 

2. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, həmçinin ağıldankəm uşaqlar üçün internat evlərində vətəndaşların qida normaları” üzrə:

 

2.1. adına “evlərində” sözündən sonra “və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST İnklüziv İnkişaf və 2 Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində” sözləri əlavə edilsin;

 

2.2. cədvəldən sonrakı mətnin ikinci abzasına ikinci halda “bərpa mərkəzinə” sözlərindən sonra “və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə (gün ərzində bir dəfə nahar zamanı yeməklə təmin olunma nəzərə alınmaqla xidmətə götürülmüş böyüklər üçün 3-cü sütun, uşaqlar üçün 6-cı sütun)” sözləri əlavə edilsin. modern.az



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər